Oyun zamanı "təyyarəçilər" və "bankirlər" dalaşdılar
19 Fevral 2015 17:22 İdmanPremyer Liqanın 23-cü turu çərçivəsində keçirilən AZAL - "İnter" oyunundan sonra futbolçular arasında dava düşüb. Trend-in hadisə şahidlərinə istinadən verdiyi məlumata görə, AZAL-ın oyunçusu Nicat Qurbanovun "İnter"in futbolçusuna qarşı kobudluğundan sonra başlayıb. Hakim insidenti yatırsa da, final fiti səslənəndən sonra tərəflər arasında kütləvi dava düşüb. Yalnız polislərin səyi nəticəsində futbolçular sakitləşdirilib. Peşəkar Futbol Liqasından Trend-ə bildiriblər ki, baş verən insident araşdırılaraq müvafiq qərar çıxarılacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31