Azərbaycanın futbol klubu çempionatdan kənarlaşdırıldı

"Lokomotiv" futbol klubu çempionatdan kənarlaşdırılıb. Trend PFL-in saytına istinadən məlumat verir ki, "Lokomotiv" klubu 18 fevral 2015-ci il tarixində məktubla Peşəkar Futbol Liqasına müraciət edərək, fəaliyyətini dayandırmasını və növbəti turdan etibarən I divizionda çıxışını davam etdirməyəcəyini bildirib. Bu səbəbdən də İntizam Komitəsinin 19 fevral 2015-ci il tarixli qərarını və klubun PFL-ə ünvanladığı məktubu nəzərə alaraq, Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev "Lokomotiv" klubunun 2014/2015 mövsümündə I diviziondan kənarlaşdırılması haqqında əmr imzalayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31