Güləşçilərimiz İran, İsveç və Almaniya komandaları ilə mübarizə aparacaq

İran İslam Respublikasının paytaxtı Tehran şəhərində yunan-Roma güləşi üzrə böyüklər arasında Dünya Kuboku yarışarı keçirilir. AGF-dən "OLAYLAR"-a bildirilib ki, yarışda Azərbaycanla yanaşı, İran, İsveç, Almaniya, Rusiya, Macarıstan, Türkiyə və Ermənistan güləşçiləri iştirak edir.  Püşkatmanın nəticəsinə əsasən, Azərbaycan güləşçiləri İran, İsveç və Almaniya komandaları ilə A qrupunda mübarizə aparır. B qrupunda isə, Rusiya, Macarıstan, Türkiyə və Ermənistan komandaları qüvvələrini sınayır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31