İtaliya İdman Jurnalistləri Təşkilatı üzvündən “Qarabağ”a növbəti dəstək
Dündar Keşaplı: ““Qarabağ”a qarşı haqsızlıqdan sonra “İnter”in məğlub olmasını istəyirəm, indi yeganə arzum budur”
19 Fevral 2015 13:10 İdmanİtaliya İdman Jurnalistləri Təşkilatının üzvü, Türkiyənin məşhur futbol şərhçisi Dündar Keşaplı növbəti dəfə Azərbaycanın "Qarabağ" klubuna dəstəyini nümayiş etdirib. "Qarabağ"ın hakim ədalətsizliyinin qurbanı olduğunu deyən D.Keşaplının sözlərinə görə, Ağdam təmsilçisinin "İnter"ə vurduğu qolu haqsız olaraq qeydə almayan hakimdən sonra UEFA-nın verdiyi qərar qəbuledilməzdir. ""İnter" bu axşam "Seltik"lə qarşılaşacaq. "Qarabağ"a qarşı haqsızlıqdan sonra "İnter"in məğlub olmasını istəyirəm. İndi yeganə arzum budur. Bir çox şeylərə "bəli", amma bu ədalətsizliyə də "bəli" deyə bilmərəm. Bu qərarı UEFA versə belə fikrimi dəyişə bilmərəm" - deyə D.Keşaplı qeyd edib. Qeyd edək ki, Avro Liqası çərçivəsində keçirilən "Qrabağ" - "İnter" qarşılaşmasında ağdamlıların qolunu hesabaya almayan çexiyalı hakim Miroslav Zelinka UEFA-nın qərarı ilə cəzlandırılıb. ("OLAYLAR İA")