Millimiz Belarusla bərabərə qaldı
19 Fevral 2015 12:02 İdmanBelarusda təlim-məşq toplanışında olan futzal üzrə Azərbaycan milli komandası ikinci yoldaşlıq oyunu keçirib. Qol.Az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, millimizin budəfəki rəqibi də Belarus yığması olub. Qarşılaşma 2:2 hesabı ilə başa çatıb. Azərbaycan millisinin qollarını Auqusto Sezar və Eduardo Mello vurub. Xatırladaq ki, bu komandalar arasında fevralın 17-də keçirilmiş yoldaşlıq oyunu 2:1 hesabı ilə belaruslu futzalçıların xeyrinə yekunlaşıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31