"Real"da daha bir itki

Madrid "Real"ı ciddi itki ilə üzləşib. Qol.Az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, Karvahal Çempionlar Liqasının 1/8 finalında "Şalke" ilə matçda zədələnib. Lakin onun hansı müddətə sıradan çıxdığı hələlik məlum deyil. Bununla belə, Karvahalın İspaniya La Liqasında "Elçe"yə qarşı oyunu buraxacağı gözlənilir.

Qeyd edək ki, "Şalke" - "Real" görüşü ikincilərin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Xatırladaq ki, "Real"da Karvahalla yanaşı, Fabio Koentrau, Sami Xedira, Serxio Ramos və Xames Rodriqes zədəlidir. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31