Azərbaycan çempionatı: "Neftçi" "Qarabağ"a, "Qəbələ" "Xəzər Lənkəran"a qarşı
19 Fevral 2015 10:06 İdmanBu gün Azərbaycan Premyer Liqasında 23-cü turun oyunları keçiriləcək.
qol.az xəbər verir ki, turun bütün qarşılaşmaları eyni gündə baş tutacaq.
Günün ilk matçı Bakıda oynanılacaq. Paytaxtın iki komandası - "İnter" və AZAL üz-üzə gələcək. "AZAL Arena"da baş tutacaq oyun saat 15:00-da başlayacaq.
Digər oyun Qəbələdə keçiriləcək. Burada "Xəzər Ləkəran" "Qəbələ"nin qonağı olacaq. Ardıcıl üç oyunda məğlub olan Roman Qriqorçukun komandasının doğma meydanda "Xəzər Lənkəran"la oyunu maraqla gözlənilir.
"Simurq" öz azarkeşləri önündə "Sumqayıt"ı qəbul edəcək. Qarşılaşmanın start fiti saat 17:00-da veriləcək.
Turun mərkəzi qarşılaşması da paytaxtda keçiriləcək. "Neftçi" doğma meydanda lider "Qarabağ"ı qəbul edəcək. Rəqibindən 10 xal geridə olan Arif Əsədovun komandası bugünkü görüşdə qalib gəlməklə çempionluğa iddiasını davam etdirə bilər. "Qarabağ" isə qələbə qazanıb rəqibindən bir qədər də uzaqlaşmağa çalışacaq. Maraqla gözlənilən bu görüş saat 19:00-da start götürəcək.
19 fevral (cümə axşamı)
Topaz Premyer Liqa, XXIII tur
15:00. AZAL - "İnter"
Hakimlər: Fariz Yusifov, Elman Musayev, Elşən Acalov, Nahid Əliyev
"AZAL Arena"
17:00. "Qəbələ" - "Xəzər Lənkəran"
Hakimlər: Rəhim Həsənov, Munis Abdullayev, İsgəndər Əliyev, Ömər Paşayev
Qəbələ şəhər stadionu
17:00. "Simurq" - "Sumqayıt"
Hakimlər: Orxan Məmmədov, Mübariz Haşımov, Kamran Bayramov, Xəlil Xəlilov
Zaqatala şəhər stadionu
19:00. "Neftçi" - "Qarabağ"
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Mehman Mahmudov, Vaqif Musayev
"Bakcell Arena"
Turnir cədvəli
N Klublar O Q H M T-F X
1 Qarabağ 19 13 4 2 35-18 43
2 İnter 19 9 9 1 32-8 36
3 Neftçi 19 9 6 4 25-15 33
4 Simurq 20 8 4 8 29-23 28
5 AZAL 19 6 6 7 21-27 24
6 Qəbələ 20 5 7 8 22-30 22
7 Xəzər Lənkəran 19 5 5 9 23-26 20
8 Sumqayıt 19 4 6 9 19-27 18
9 Bakı 20 2 5 13 14-46 11
10 Araz Naxçıvan 0 0 0 0 0-0 0
Bombardirlər:
Nurlan Novruzov ("Bakı") - 10 qol
Draqan Çeran ("Simurq") - 9 qol
Mikel Alvaro ("İnter") - 8 qol
Məhəmməd Qurbanov ("Sumqayıt") - 7 qol
Rəşad Eyubov ("Simurq") - 7 qol
Franka Nildo ("İnter") - 7 qol
Cavid Hüseynov ("Qəbələ") - 6 qol
Freddi Mombonqo (AZAL) - 5 qol
Leroy Corc ("Qarabağ") - 5 qol
Dodo ("Qəbələ") - 5 qol
Rəşad Abdullayev (AZAL) - 5 qol