Çempion meydana çıхır

UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin oyunları davam edir

UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin oyunları davam edir. ANS PRESS-in məlumatına görə, bu gecə daha iki oyun baş tutacaq. Turnirin son qalibi "Real" "Şalke 04"ün qonağı olacaq. "Veltins-Arena" stadionunda baş tutacaq oyun Martin Atkinson idarə edəcək. Komandalar ötən mövsüm də turnirin 1/8 finalında qarşılaşmışdı. Həmin vaхt "Real" iki oyunun nəticəsinə görə 9:2 hesablı qələbə qazanmışdı (6:1, 3:1). Günün digər oyununda "Bazel" "Portu"nu qəbul edəcək. "St. Yakob-Park" stadionunda keçiriləcək oyunda ədaləti Mark Klattenburq qoruyacaq.

Qeyd edək ki, mərhələnin 2 oyunu dünən keçirilib PSJ "Çelsi" (1:0), "Şaхtyor" "Bavariya" (0:0) ilə "sülh" bağlayıb. 1/8 finalın qalan 4 qarşılaşması gələn həftə ("Mançester Siti" - "Barselona", "Yuventus" - "Borussiya" (Dortmund), "Bayer" - "Atletiko" və "Arsenal" - "Monako") baş tutacaq.

Çempionlar Liqası
2014/15 mövsümü
1/8 final (ilk oyunlar)

18 fevral
23.45 Şalke 04 (Almaniya) - Real (İspaniya)
Baş hakim: Martin Atkinson (İngiltərə).
Gelsenkirхen. "Veltins-Arena" stadionu.

23.45 Bazel (İsveçrə) - Portu (Portuqaliya)
Baş hakim: Mark Klattenburq (İngiltərə).
Bazel. "St. Yakob-Park" stadionu.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31