İtaliya klubu avrokuboklardan uzaqlaşdırıla bilər

UEFA İtaliyanın "Latsio" və Rumıniyanın "Dinamo" klubları bir neçə il avrokuboklardan kənarlaşdıra bilər. Lent.az-ın Xarici KİV-ə istinadən məlumatına görə, qitənin ali futbol qurumu komandaların 2007-ci ildə Çempionlar Liqasında keçirdikləri bir oyunla bağlı araşdırma aparır. 2007/2008 mövsümündə Çempionlar Liqasının III təsnifat mərhələsində üz-üzə gələn komandaların duelində Buxarest təmsilçisinin rəqibinə bilərəkdən uduzduğu iddia olunur. Həmin il  səfərdə rumıniyalılarla qarşılaşan "Latsio" heç-heçə (1:1) nəticələnən görüşün revanşında rəqibini 3:1 hesabı ilə məğlub etmişdi. Halbuki, cavab oyununda Buxarest təmsilçisi fasiləyə 1:0 öndə yollanmışdı. Matçdan dərhal sonra "Latsio" "Dinamo"dan 20 yaşlı müdafiəçi Radu Stefanı 5,4 milyon avroya transfer edib. Qarşılaşma ilə bağlı maraqlı faktlar əldə edən UEFA bununla bağlı dindirmələrə başlayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31