“”Böyük oyun” adı “Qarabağ” - “Neftçi” görüşünə daha çox yaraşır”
Sənan Şəfizadə: “Həm komandalar, həm də onların azarkeşləri arasında rəqabət var”
18 Fevral 2015 16:37 İdman"Heç kim inciməsin, amma hazırda "böyük oyun" adı "Neftçi"-"Qarabağ" görüşünə daha çox yaraşır". "Olaylar"ın məlumatına görə, məşhur futbol şərhçisi Sənan Şəfizadə belə bir fikirlə çıxış edib. "Sabah Azərbaycan çempionatında iki iddialı komandanın duelinə baxmaq hər bir azarkeşə xoş olacaq. Son illər avrokuboklarda ölkəmizə sevinc bəxş edən "Neftçi"-"Qarabağ" dueli prinsipial xarakter daşıyır. Həm komandalar, həm də onların azarkeşləri arasında rəqabət var. Heç kim inciməsin, amma hazırda "böyük oyun" adı "Neftçi"-"Qarabağ" görüşünə daha çox yaraşır. Görəsən "Neftçi" yoxsa "Qarabağ" sevinəcək?" - deyə S.Şəfizadə qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31