Azərbaycan-Danimarka oyununun vaxtı dəyişdirildi

Futzal üzrə Avropa cempionatının əsas seçmə mərhələsinin Bakıda təşkil olunacaq 4-cü qrupunda son turda keçiriləcək hər iki oyunun başlanma vaxtı UEFA tərəfindən dəyişdirilib. "Olaylar"ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, qarşılaşmalar, əvvəlcədən xəbər verildiyi kimi, saat 18:30 və 21:00-da deyil, saat 19:00 və 21:30-da başlayacaq. Oyunların təqvimini bir daha diqqətinizə çatdırırıq:

18 mart
18:30. Ukrayna -Danimarka
21:00. Azərbaycan - Belçika          

19 mart
18:30. Belçika - Ukrayna
21:00. Azərbaycan -Danimarka

21 mart
19:00. Danimarka -Belçika
21:30. Ukrayna - Azərbaycan

Oyunlar Sərhədçi İdman Olimpiya Mərkəzində keçiriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31