Millimiz Belarusa uduzdu
18 Fevral 2015 11:31 İdmanBelarusda təlim-məşq toplanışında olan futzal üzrə Azərbaycan milli komandası yoldaşlıq oyunu keçirib. Qol.Az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, millimiz Belarus yığması ilə qarşılaşıb. Qarşılaşma 2:1 hesabı ilə belaruslu futzalçıların xeyrinə başa çatıb. Azərbaycan millisinin qolunu Fineo De Araujo vurub. Bu gün Bakı vaxtı ilə saat 20:00-da bu komandalar arasında daha bir yoldaşlıq oyunu keçiriləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31