AFFA “Neftçi”ni cəzalandırdı
17 Fevral 2015 16:05 İdmanAFFA-nın İntizam Komitəsi yeni qərarını açıqlayıb. "Olaylar"ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, Topaz Premyer Liqasının XXII turunun "Qəbələ" - "Neftçi" matçında "Neftçi" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub. Oyununun 52-ci dəqiqəsində "Neftçi" klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyi üçün klub 1000 manat cərimə edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31