Azərbaycan yığması ispanlara 3 verdi

Fevralın 13-dən etibarən 21 yaşadək qızlardan ibarət Azərbaycan yığması İspaniyanın Tarragona şəhərində təlim-məşq toplanışındadır. Hazırlıq prosesində yığmamız "Pardinyes" klubunun U-21 komandası ilə yoldaşlıq oyunu keçirərək 3:2 hesablı qələbə qazanıb. "Olaylar"ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, Sevinc Cəfərzadənin dubl etdiyi oyunda digər qolun müəllifi Nərgiz Hacıyeva olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31