Fevralın 18-də "Əlincə" stadionunda 17 yaşadək futbolçulardan ibarət Azərbaycan və Rusiya yığma komandaları arasında yoldaşlıq oyunu keçiriləcək. "Olaylar"ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, qarşılaşma saat 16:30-da başlayacaq. Azarkeşlərin stadiona girişi sərbəst olacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31