"Azarkeşlər hər zaman haqlıdır" - Kasilyas

"Real"ın qapıçısı İker Kasilyas son oyunlardakı çıxışına görə azarkeşlər tərəfindən tənqid olunmasına münasibət bildirib. Qol.Az-ın məlumatına görə, "Cuatro"ya danışan ispaniyalı qolkiper azarkeşlərin hər zaman haqlı olduğunu deyib: "İnsanlar istədiklərini düşünə bilərlər. Azarkeşlər hər zaman haqlıdırlar. Mənim vəzifəm isə işimə köklənmək və ən yaxşı oyunumu göstərməyə çalışmaqdır".

Qeyd edək ki, "Real"ın La Liqada "Atletiko"ya 0:4 hesabı ilə uduzmasından sonra azarkeşlər Kasilyasın oyunu kəskin tənqid ediblər. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31