Çempionlar Liqası: PSJ "Çelsi"yə, "Şaxtyor" "Bavariya"ya qarşı

Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunlarına start veriləcək.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, ilk oyun gününə iki qarşılaşma nəzərdə tutulub.
Son Fransa çempionu PSJ öz meydanında "Çelsi"ni qəbul edəcək. Oyun Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Günün digər qarşılaşması Ukraynada keçiriləcək. Burada yerli "Şaxtyor" klubu Almaniya nəhəngi "Bavariya"nı sınağa çəkəcək. Bu matçın start fiti Bakı vaxtı ilə 23:45-də veriləcək.

Qeyd edək ki, 1/8 finalın digər iki oyunu sabah, qalan 4 oyunu isə 24-25 fevral tarixlərində keçiriləcək.
 
17 fevral

Çempionlar Liqası, 1/8 finalın ilk oyunları

23:45. PSJ (Fransa) - "Çelsi" (İngiltərə)
23:45. "Şaxtyor" (Donetsk, Ukrayna) - "Bavariya" (Almaniya)

18 fevral

"Bazel" (İsveçrə) - "Portu" (Portuqaliya)
"Şalke" (Almaniya) - "Real" (Madrid, İspaniya)

24 fevral

"Yuventus" (İtaliya) - "Borussiya" (Dortmund, Almaniya)
"Mançester Siti" (İngiltərə) - "Barselona" (İspaniya)

25 fevral

"Arsenal" (İngiltərə) - "Monako" (Fransa)
"Bayer" (Leverkuzen, Almaniya) - "Atletiko" (Madrid, İspaniya)

Milli.Az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31