Hokkeyçilərimiz Fransaya qalib gəldilər

Azərbaycanın qadın otüstü hokkeyçilərdən ibarət milli komandası növbəti Yay Olimpiya Oyunlarında iştirak etmək üçün Dünya Hokkey Liqasının II raundunda mübarizə aparmaqda davam edir. "OLAYLAR"-ın GİN-ə istinadən verdiyi xəbərə görə, komandamız fevralın 15-də ikinci qarşılaşmada Fransa komandası ilə rəqib olub  və 3-2 hesabı ilə qalib gəlib. "B" qrupunda mübarizə aparan komandamızın növbəti oyunu Keniya komandası ilə fevralın 17-də olacaq. Xatırladaq ki, komandamız ilk qarşılaşmasında Trinidad-Tobaqoya 5-1 hesabı ilə qalib gəlib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31