Qadın güləşçilərimiz beynəlxalq turnirdən qızıl medalla qayıdıb
16 Fevral 2015 13:28 İdmanİsveçin Klippan şəhərində qadın güləşi üzrə açıq beynəlxalq turnir keçirilib. AGF-dən "OLAYLAR"-a daxil olan məlumata görə, qadın güləşi üzrə yığma komandamız turnirdən tam heyətlə iştirak edib. Güləşçilərimiz turniri 1 qızıl medalla başa vurub. 48 kq-da mübarizə aparan Mariya Stadnik Norveç, İsveç, Yaponiya və Polşadan olan rəqiblərini üstələyərək finala yüksəlib. Finalda onun rəqibi Yaponiyadan olan Kika Kaqata olub. Mariya Stadnik vaxtından əvvəl tam üstünlüklə qələbə qazanaraq turnirin qızıl medalına yiyələnib. Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Rövşən Azadov təmsil edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31