Azərbaycan çempionatı başa çatıb
16 Fevral 2015 12:05 İdman"Sərhədçi" İdman Olimpiya Mərkəzində gənclər arasında sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan çempionatı başa çatıb. Azərbaycan Güləş Federasiyasından "OLAYLAR"-a bildirilib ki, çempionatın ikinci günündə yunan-Roma güləşi üzrə yarışlar keçirilib. Ölkəmizin bütün rayon və şəhərlərindən 148 pəhləvanın mübarizə apardığı yarışda qalib və mükafatçılar müəyyənləşib. Hər çəki dərəcəsində mükafata layiq yerlər tutmuş idmançılar medal və diplomla yanaşı, AGF tərəfindən pul mükafatı ilə də təltif olunub və yığma komandanın heyətinə cəlb olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31