"Neftçi"nin hücumçusu Xorvatiya klubunda
13 Fevral 2015 18:11 İdman"Neftçi"nin hücumçusu Ruslan Qurbanov Xorvatının "Hayduk" klubundan rəsmi dəvət alıb. Trend-in məlumatına görə, bu barədə Qol.Az-a paytaxt təmsilçisinin baş məşqçisi Arif Əsədov məlumat verib. A.Əsədov deyib ki, hazırda tərəflər arasında danışıqlar gedir: "Neftçi" 23 yaşlı Qurbanovun "Hayduk"a keçməsində heç bir problem görmür". Onun sözlərinə görə, R.Qurbanovun Xorvatiya klubuna yaxın günlərdə transfer olunmaq ehtimalı yüksəkdir. Xatırladaq ki, "Hayduk" hazırda Xorvatiya çempionatında üçüncü yeri tutur. R.Qurbanov özü isə Azerisport.com saytına müsahibəsində artıq bu gün xorvatlarla müqavilə imzalaya biləcəyini söyləyib. O deyib ki, müqaviləyə əsasən, "Hayduk"da dörd ay icarə əsasında bu mövsümün sonuna kimi oynamalıdır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31