"Simurq" və "Qəbələ" cəzalandırıldı
13 Fevral 2015 18:08 İdmanAFFA İntizam Komitəsinin bu gün keçirilən iclasında bir sıra qərarlar qəbul olunub. Trend-in Peşəkar Futbol Liqasının saytına istinadən verdiyi məlumata görə, Premyer Liqanın XXI turunun "Simurq" - "Qəbələ" matçında "Simurq" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub. Oyunun 45+2-ci dəqiqəsində "Qəbələ" klubunun 22 №-li futbolçusu Dmitri Bezotosniy sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 200 manat cərimə olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31