AFFA-dan cəza

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Qol.Az-ın PFL-in rəsmi saytına istinadən yaydığı xəbərə görə, İK  Premyer Liqanın 21-ci turundakı bəzi qayda pozuntuları ilə bağlı qərarlar verib. Azərbaycan Premyer Liqasının XXI turunun "Simurq" - "Qəbələ" matçında "Simurq" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub. Oyunun 45+2-ci dəqiqəsində "Qəbələ" klubunun futbolçusu Dmitri Bezotosnı sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 200 manat cərimə olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31