Hazardın gəliri: 77 milyon
13 Fevral 2015 12:13 İdman"Çelsi" ilə müqavilənin müddətini uzadan Eden Hazardın gəliri müəyyənləşib. Qol.Az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, 5.5 illik yeni müqaviləyə imza atan belçikalı yarımmüdafiəçi London klubunda həftəlik maaşı 270 min avro təşkil edəcək. Ümumilikdə isə, müqaviləyə əsasən, onun 5.5 il ərzində gəliri 77 milyon avro təşkil edəcək.
Qeyd edək ki, E.Hazard 2012-ci ildən "Çelsi"də oynayır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31