Messinin iki portreti hərracda təxminən 1 milyon avroya satılıb

"Barselona" futbol klubunun və Argentina millisinin hücumçusu Lionel Messinin iki portreti Londonda yerləşən "Sotheby`s" hərracında 923 min avroya satılıb. Bu barədə Trend xarici mətbuata istinadən xəbər verir. Britaniyalı rəssam Damyen Herstin çəkdiyi şəkil 494 min avroya, yapon rəssam Takasi Murakaminin əsəri isə 429 min avroya satılıb.

Qeyd olunur ki, rəsmlər gözlənildiyindən daha çox məbləğə satılıb. Əldə olunan gəlir Nepal, İndoneziya və Banqladeşdə məktəbə gedə bilməyən uşaqlar üçün təhsil proqramına yönləndiriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31