"Real" Ronaldonu satır

"Real" (Madrid) hücumçusu Kriştiano Ronaldo mövsümün sonunda satışa çıxara bilər. Qol.Az-ın "El Confidencial"a istinadən verdiyi məlumata görə, bu barədə klubun prezidenti Florentino Perez açıqlamasında deyib. Perez yaxşı təklif alacaqları təqdirdə portuqaliyalı futbolçu ilə yollarını ayıracaqlarını bildirib. Ronaldonun "Real"la müqaviləsi 2018-ci ildə başa çatacaq. Perezin bu cür gözlənilməz qərarına "Real"ın La Liqada "Atletiko"ya 0:4 hesablı məğlubiyyətindən sonra özünə ad günü mərasimi keçirməsi və orada şənlənməsi səbəb oluib.

Qeyd edək ki, Ronaldo 2009-cu ildə 94 milyon avro müqabilində "Mançester Yunayted"dən "Real"a transfer olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31