Azərbaycan millisi Donetski seçdi

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı keçirəcək Azərbaycan milli komandasının yoldaşlıq oyunundakı rəqibi müəyyənləşib. Trend-in AFFA-nın saytına istinadən verdiyi məlumata görə, komandamız Ukraynanın "Şaxtyor" (Donetsk) klubu ilə qarşılaşacaq. Millimizin baş məşqçisi Robert Prosineçkinin ilk rəqibi olacaq "Şaxtyor"la oyun fevralın 24-də keçiriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31