İngiltərə Premyer Liqasında növbəti məşqçi istefası

İngiltərə Premyer Liqası təmsilçisi "Aston Villa" baş məşqçisi Paul Lambertlə yolları ayırıb. Qol.Az-ın xəbərinə görə, bu barədə klubun rəsmi məlumat yayıb. Komandanın "Hall Siti"yə 0:2 hesablı məğlubiyyətindən sonra rəhbərlik P.Lamberti istefaya göndərməyə qərar verib. Yeni baş məşqçinin adınının yaxın günlərdə açıqlanacağı bildirilib.

Qeyd edək ki, "Aston Villa" hazırda ölkə çempionatının turnir cədvəlində 22 xalla 18-ci pillədədir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31