"Barselona" kubok oyununda qalib gəldi
12 Fevral 2015 10:58 İdmanİspaniya kubokunda yarımfinal mərhələsinin ilk oyunlarına start verilib. Qol.Az-ın məlumatına görə, ilk oyun günündə iki qarşılaşma keçirilib. "Barselona" doğma meydanda "Vilyareal"ı qəbul edib . Görüş kataloniyalıların 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Digər oyunda isə "Atletik" (Bilbao) "Espanyol"u qəbul edib. Oyun 1:1 hesablı bərabərliklə başa çatıb.
11 fevral
İspaniya Kuboku, Yarımfinal mərhələsi
"Barselona" - "Vilyarreal" - 3:1
Qollar: Messi, 41, (1:0), Triqyeros, 48 (1:1), İnyesta, 49, (2:1), Pike, 64 (3:1)
"Atletik" - "Espanyol" - 1:1
Qollar: Aduris, 11 (1:0), Sançes, 35 (1:1)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31