İbrahim Uzunca razı qaldı
11 Fevral 2015 18:53 İdmanAzərbaycan Premyer Liqasının 21-ci turunda evdə "Sumqayıt"la 0:0 bərabərə qalan "Bakı"nın baş məşqçisi İbrahim Uzunca oyunla bağlı fikirlərini bölüşüb. Qol.Az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, türkiyəli mütəxəssis komandasının ikinci hissədə daha yaxşı mübarizə apardığını bildirib: "İlk hissə bir qədər baxımsız alındı. İkinci hissədə çox yaxşı mübarizə apardıq. Futbolçularımdan razıyam. Artıq bu oyunu unudub, qarşıdakı matçlara baxmalıyıq. Hər oyun bizim gənc oyunçuların təcrübəsi daha da artır".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31