"Futbolçulara etirazım yoxdur" - Tərlan Əhmədov
11 Fevral 2015 18:37 İdman"Həqiqətən də maraqlı oyun alındı. Azərbaycanın ən güclü komandasına qarşı oynadıq. Buna baxmayaraq, komandam yaxşı mübarizə apardı". Qol.Az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, bu sözləri AZAL-ın baş məşqçisi Tərlan Əhmədov Premyer Liqanın 21-ci turunda məğlub olduqları "Qarabağ"la oyundan sonra (0:1) keçirilən mətbuat konfransında deyib. Təcrübəli mütəxəssis məğlubiyyətə baxmayaraq futbolçularından razı qaldığını bildirib: "Qələbə qazanmaq istəyirdik. Lakin bu oyunda 1 xal da bizi qane edə bilərdi. Futbolçulara heç bir etirazım yoxdur. Sadəcə, səhvlər üzərində işləməliyik. Növbəti tur bizi çətin Sumqayıt səfəri gözləyir. Həmin oyuna ciddi hazırlaşmalıyıq".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31