"İnter" daha bir futbolçusunu sifariş etdi

"İnter" klubu yeni transferi Voislav Stankoviçlə münasibətlərini rəsmiləşdirib. Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, paytaxt təmsilçisi "Partizan"ın sabiq futbolçusu ilə 2 illik müqavilə imzalayıb.

Qeyd edək ki, "İnter" qış fasiləsində daha üç futbolçu - Əfran İsmayılov, Ruben Şaken və Tural Hümbətovu heyətinə qatıb. Artıq Stankoviçin də sifariş ərizəsi Peşəkar Futbol Liqasına təqdim olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31