Afrika kubokunun qalibinə 2 milyard frank
11 Fevral 2015 17:50 İdmanAfrika kubokunun qalibi Fil Dişi Sahili yığması ölkə prezidenti tərəfindən mükafatlandırılıb. Qol.Az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, ölkə başçısı turnirin birincisi olan yığmaya 2 milyard frank ayırıb. Milli komandanın hər bir futbolçusu 30 milyon avro qazanıb. 75 milyon frank yığmanın baş məşqçisi Jan-Mari Erve Renara veriləcək. 300 milyon frank məşqçilər korpusu və komandanın həkimlərinə, 250 milyon frank isə ölkənin futbol federasiyasının üzvlərinə təqdim olunacaq.
Qeyd edək ki, Afrika kubokunun finalında Qanaya penaltilər seriyasında qalib gələn Fil Dişi yığması tarixində ikinci dəfə fəxri mükafata sahib çıxıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31