Karpin “Malyorka”dan qovuldu

İspaniyanın "Malyorka" klubu baş məşqçisi Valeri Karpinlə yolları ayırıb. Qol.Az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, rusiyalı mütəxəssislə müqavilə qarşılıqlı razılaşma ilə ləğv edilib.

Qeyd edək ki, "Malyorka"  hazırda İspaniyanın ikinci liqası sayılan Sequndada 27 xalla 15-ci pillədədir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31