Qriqorçuk Zaqataladan əliboş qayıtdı

Topaz Premyer Liqasının XXI turuna Zaqatalada keçirilən "Simurq" - "Qəbələ" oyunu ilə start verilib. "Olaylar"ın PFL-in rəsmi saytına istinadən məlumatına görə, oyun meydan sahiblərinin 2-0 hesablı qələbəsi ilə yekunlaşıb. Komandanın baş məqçiləri qarşılaşma barədə fikirlərini bölüşüblər.
Roman Qriqorçuk ("Qəbələ"nin baş məşqçisi): "Bu gün pis oynadıq. Qeyd etmək istərdim ki, komandam ikinci dəfə ardıcıl məğlub olur. İkinci hissədə yaxşı oynadıq. Düşünürəm ki, ardıcıl iki oyunda məğlubiyyət normaldı. Bizim hədəflərimiz yüksəkdir. Bu yolda çətinliklərimiz olacaq. Komandam ruhdan düşməməlidir. Alnımız ağ, üzümüz açıq növbəti oyuna hazırlaşmalıyıq". George Çixradze ("Simurq"un baş məşqçisi): "Biz çox vacib 3 xal qazandıq. Bu oyuna yaxşı hazırlaşmışdıq. Sona qədər mübarizə apardıq. Avroliqa üçün mübarizə aparırıqsa, belə oyunlarda qalib gəlməliyik. İlk hissədə daha yaxşı oynadıq. İkinci hissədə isə eyni zamanda hesabı qorumağa çalışdıq. Bütün hallarda 3 xal qazanmaq sevindiricidir. Bu oyunu unudub, qarşıdakı matçlara hazırlaşmalıyıq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31