Boksçularımız Macarıstandan medalla qayıtdı

Macarıstanın Debresten şəhərində boks üzrə İştvan Boşkainin xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə Azərbaycan millisi 2 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıb. "OLAYLAR"-ın xəbərinə görə, 52 kq çəki dərəcəsində Məsud Yusifzadə qızıl, Salman Əlizadə gümüş medal qazanıb. Xaybulla Musalov (75 kq) da Macarıstandan qızıl medalla dönüb. Elnur Əliyev (64 kq) üçüncü yerlə kifayətlənib. Ümumi komanda hesabında millimiz Macarıstan, Monqolustan və Xorvatiyadan sonra 4-cü yeri tutub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31