"Barselona" mükəmməl ola bilməz" - Enrike
11 Fevral 2015 12:27 İdman"Barselona"nın baş məşqçisi Luis Enrike komandasının çıxışını dəyərləndirib. Qol.Az-ın məlumatına görə, "Football Espana"ya danışan ispaniyalı mütəxəssis komandasının oyununun mükəmməl olmadığını bildirib: "Barseona"nın oyunu mükəmməl deyil. Bu, mümkünsüzdür. Ancaq komandam gözəl futbol sərgiləyir. Məşqçi peşəsi elədir ki, sən hər zaman xoşbəxt ola bilmirsən. Lakin mənim "Barselona"da belə problemim olmayıb. Fəlsəfəmiz, hətta məşqlərdə də oyunumuzdan zövq almaqdır. "Barselona" nəticə haqda düşünməməlidir. Çünki hər oyunda daha çox qol vurmaq üçün çalışırıq".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31