Qadın güləşçilərimiz İsveç sınağında
11 Fevral 2015 12:10 İdman14-15 fevral tarixində İsveçin Klippan şəhərində qadın güləşi üzrə açıq beynəlxalq turnir keçiriləcək. AGF-dən "OLAYLAR"-a bildirilib ki, qadın güləşi üzrə yığma komandamız turnirdə tam heyətlə iştirak edəcək. Baş məşqçi Semyon Çterev və böyük məşqçi Konstantin Konorevin rəhbərliyi altında İsveçə Mariya Stadnik (48 kq), Anjela Doroqan 53 kq), İrina Netreba (58 kq), Yuliya Ratkeviç, Natalya Sinişin (hər ikisi 60 kq), Raqnetta Qurbanzadə (63 kq), Nadya Muşka Sementsova (69 kq) və Gözəl Zutova (75 kq) yollanacaq. Görüşlərin idarə edilməsində beynəlxalq dərəcəli hakim Rövşən Azadov ölkəmizi təmsil edəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31