Taekvondoçularımız Avropa çempionatında
11 Fevral 2015 11:42 İdmanTürkiyənin Antalya şəhərində taekvondo üzrə klublar arasında üçüncü Avropa çempionatı keçirilir. "OLAYLAR"-ın Gənclər və İdman Nazirliyinə istinadən verdiyi xəbərə görə, "G1" kateqoriyalı yarışda Azərbaycanın taekvondo klublarının idmançıları da iştirak edirlər. İdmançılarımız Avropa çempionatından sonra - fevralın 12-dən 15-dək "G1" kateqoriyalı ikinci "Turkish Open" turnirində güclərini sınayacaqlar. Yarışlarda, həmçinin ölkəmizi hakimlər komitəsinin sədri, beynəlxalq dərəcəli hakim Elşən Quliyev və Elşad Məmmədov təmsil edəcəklər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31