Stolüstü tennisçilərimiz beynəlxalq yarırşlara qatılacaq
10 Fevral 2015 11:49 İdmanCari ilin 11- 15 fevral tarixlərində stolüstü tennis üzrə yığma komandanın məşqçisi Mixail Timofeyevin rəhbərliyi ilə yığmanın 6 nəfər üzvü ( 3 oğlan və 3 qız ) Çexiya Respublkasının Xodonin şəhərində təşkil olunan kadetlər və yuniorlar arasında açıq birincilikdə iştirak edəcək. "OLAYLAR"-ın GİN-ə istinadən verdiyi xəbərə görə, fevral ayının 11- 16 tarixlərində isə məşqçilər Aleksandr Zudov və Fərhad İsmayılovun rəhbərlik edəcəyi 4 oğlan və 4 qız idmançısı Küveytdə, 17 - 22 fevral tarixlərində isə Qətərdə 21 yaşınadək tennisçilər arasında təşkil olunacaq açıq çempionatda mübarizə aparacaqlar. Yığma komandanın üzvləri fevralın 23- də Vətənə dönəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31