FİFA prezidentliyinə namizədlər açıqlandı
10 Fevral 2015 11:16 İdmanFİFA qurumun mayın 29-da nəzərdə tutulan prezident seçkisində dörd namizədin seçilmək hüququna malik olduğunu rəsmən elan edib. Trend-in FİFA-nın saytına istinadən yaydığı xəbərə görə, Hollandiya Futbol Federasiyasının sədri Maykl van Praaqın, Portuqaliya millisinin və "Real"ın sabiq futbolçusu Luiş Fiqunun, İordaniya şahzadəsi Əli bin Əl-Hüsseynin və hazırkı prezident Yozef Blatterin namizədliyinin qeydə alındığı bildirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31