Braziliyalılar üçün “Qarabağ”da 2 yubiley
9 Fevral 2015 14:31 İdman"Qarabağ"ın iki futbolçusu Topaz Premyer Liqasının XX turunda yubiley qeyd edib. Ağdam təmsilçisinin liderlərindən sayılan braziliyalılar Reynaldo Silva və Riçard Almeyda fərqli göstəricilərdə əlamətdar rəqəmə çatıblar. "Olaylar"ın PFL-in rəsmi saytına istinadən məlumatına görə, Reynaldo çempionatdakı oyun sayında, Riçard isə klubunda vurduğu qollarda buna nail olub. "Bakı" ilə matçda Reynaldo Silva Premyer Liqada 50-ci oyununu keçirib. Bütün oyunlarını "Qarabağ"ın formasında keçirən braziliyalı ölkəmizdə 2012/13 mövsümündə debüt edib. Çempionatda 3-cü mövsümünü keçirən cənubi amerikalı bu matçlarda 27 dəfə rəqib qapılarına qol vurub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31