"Bakı" FK-nın Təlim-Məşq Bazasında 19 yaşadək qızlardan ibarət Azərbaycan və Gürcüstan yığmaları arasında yoldaşlıq oyunu keçirilib. "Olaylar"ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, qarşılaşma 5:0 hesabı ilə yığmamızın xeyrinə başa çatıb. Nigar Cəlillinin het-trik etdiyi oyunda hərəyə 1 dəfə Aysun Əliyeva və Yaiza Relea fərqlənib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31