Güləşçilərimiz Rusiyadan qızıl medalla döndü
9 Fevral 2015 12:38 İdmanRusiya Federasiyasının paytaxtı Moskva şəhərində Olimpiya çempionu Boris Qureviçin xatirəsinə həsr olunmuş güləş üzrə yeniyetmələr arasında beynəlxalq turnir keçirilib. AGF-dən "OLAYLAR"-a bildirilib ki, turnirdə iştirak edən yunan-Roma güləşi üzrə yeniyetmələrdən ibarət yığma komandamızın üzvləri 1 qızıl və 1 bürünc medal qazanıb. 42 kq çəki dərəcəsində mübarizə aparan Elşad Məmmədov bütün rəqiblərindən üstün olub və turnirin qızıl medalına sahib olub. 69 kq-da yarışan Ülvi Qənizadə isə, fəxri kürsünün 3-cü pilləsində qərarlaşıb və bürünc medal qazanıb. Zaur Nuriyev (46 kq) və Camal Feyziyev (100 kq) isə həlledici görüşdə uduzaraq turniri 5-ci sırada tamamlayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31