"Neftçi" fasilədən sonra özünə gələ bilmir
6 Fevral 2015 18:42 İdmanBu gün Azərbaycan Premyer Liqasında XX turun oyunlarına start verilib. Trend-in məlumatına görə, "Neftçi" doğma meydanda "Simurq"u sınağa çəkib. Futbolçuların qol vurmaq cəhdlərinə baxmayaraq, matç başladığı kimi də sona çatıb - 0:0. Bu, çempionatdakı fasilədən sonra "Neftçi"nin ardıcıl ikinci xal itkisidir. Flaqman 19-cu turda AZAL-a məğlub olmuşdu. XX tur çərçivəsində artıq bir qarşılaşma başa çatıb. "Qəbələ" öz meydanında AZAL-a minimal hesabla məğlub olub - 0:1.
Qeyd edək ki, XX tura sabah keçiriləcək iki oyunla yekun vurulacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31