Son hazırlıqlara başladıq
Kleq: “Oyunlar Azərbaycan və Avropa üçün tarixi hadisəyə çevriləcək”
6 Fevral 2015 16:05 İdmanBakıda ilk Avropa Oyunlarına son hazırlıq mərhələsi start götürüb. Anspress-in məlumatına görə, bu barədə "Bakı-2015 Avropa Olimpiya"nın əməliyyat üzrə baş direktoru Saymon Kleq jurnalistlərə açıqlamasında bildirib. "Avropa oyunlarının başlamasına 126 gün qalıb. Biz indi hazırlıqların son mərhələsinə keçid alırıq. Oyunlar Azərbaycan və Avropa üçün tarixi hadisəyə çevriləcək", - deyə Saymon Kleq bildirib. Avropa Olimpiya komitələri Koordinasiya komissiyasının sədri Spiros Kapralos da oyunlara hazırlığın sürətlə aparıldığını bildirib. O, çıxışında xüsusi vurğulayıb ki, Bakıda oyunlara hazırlıq prosesindan tam razıdır. "Oyunlara sayılı günlər qalır. Bu vaxta kimi tikinti ilə bağlı bütün işləri çatdırıblar. Mən əminəm ki, Bakı oyunlara vaxtında hazır olacaq", - deyə Spiros Kapralos vurğulayıb.