"Atletiko" Torres və Kanini sifariş etdi

"Atletiko" Çempionlar Liqası üçün iştirak ərizəsini UEFA-ya təqdim edib. Qol.Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, Madrid klubu Kristian Rodriqesi və Alessio Çerçini komandadan göndərdiyi üçün onları siyahıdan çıxarıb. Əvəzində yeni transferlər hücumçu Fernando Torres və yarımmüdafiəçi Kani iştirak ərizəsinə salınıb.

Qeyd edək ki, "Atletiko" ÇL-in 1/8 finalında "Bayer"lə (Leverkuzen) qarşılaşacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31