Futbola baxmaq üçün elektrik enerjisi aldılar
6 Fevral 2015 14:53 İdmanEkvatorial Qvineya ilə matç ərəfəsində Qananın əsas eletrik tədarükçüsü qonşu Kot d-İvuardan əlavə elektrik enerjisi alıb. Trend-in cümə günü xarici KİV-ə istinadən verdiyi məlumata görə, Qana- Ekvatorial Qvineya matçı Avropa Kubokunun yarımfinal oyunu olub. Ümumilikdə 80 meqavat elektrik enerjisi alınıb. Bu, oyuna daha çox vətəndaşın baxması üçün edilib.
Qeyd edək ki, Qana və Kot d-İvuar arasında zərurət yaranacağı təqdirdə əlavə elektrik enerjisinin satın alınması barədə razılıq var. Matçda qalib gələn Qana turnirin finalına çıxıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31