Kapellonun maaşını kim verəcək?

Rusiya millisinin baş məşqçisi Fabio Kapellonun maaşı rus iş adamı Alişer Usmanov tərəfindən ödəniləcək. Qol.Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə,  Əlişir Usmanov Rusiya Futbol İttifaqına 6 milyon avro (400 milyon rubl) güzəştli kredit ayırıb. Bu pullar Rusiya millisinin baş məşqçisi Fabio Kapellonun borcunun ödənilməsinə sərf ediləcək.

Qeyd edək ki, F.Kapello ötən ilin iyunundan maaşını ala bilmir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31