Sançes yenə yoxdu
6 Fevral 2015 11:42 İdman"Arsenal"ın futbolçusu Aleksis Sançes daha bir oyun buraxacaq. Qol.Az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, çilili hücumçu zədə səbəbindən İngiltərə Premyer Liqasında "Tottenhem"ə qarşı matçda da iştirak edə bilməyəcək. Məlumatı komandanın baş məşqşisi A.Venger də təsdiqləyib.
Qeyd edək ki, "Tottenhem" - "Arsenal" oyunu sabah keçiriləcək. Xatırladaq ki, A.Sançes zədə səbəbindən "Aston Villa" ilə qarşılaşmada da oynamamışdı.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31